...

Ceyranbatan su anbarının ətrafında baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 8 İyun 2016 00:19 (UTC +04:00)
Ceyranbatan su anbarının ətrafında baş verən yanğın söndürülüb.
Ceyranbatan su anbarının ətrafında baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 18:32-də yayılıb)

Bakı. Trend:

Ceyranbatan su anbarının ətrafında baş verən yanğın söndürülüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, su anbarının ərazisində quru ot və kol-kos 15 ha sahədə yanıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın saat 23:10-da söndürülüb.

X X X

20:10

Ceyranbatan su anbarının ətrafında baş verən yanğın məhdudlaşdırılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, hadisə yerinə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə, texnikası və nazirliyin Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub.

Yanğın saat 19:27-də məhdudlaşdırılıb. Əlavə məlumat veriləcək.

X X X

18:32

Abşeron rayonu, Ceyranbatan su anbarının ətrafında kol-kos və qismən agaclıq sahə yanır.

Trend-in FHN-in saytına istinadən məlumatına görə, hadisə yerinə dərhal qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğının söndürülmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti