...

Xırdalanda döyülərək öldürülən 6 yaşlı qızın anası da həbs edildi

Hadisə Materials 4 Avqust 2016 13:14 (UTC +04:00)
Xırdalan şəhərində döyülərək öldürülən 6 yaşlı qızın anası da saxlanılıb.
Xırdalanda döyülərək öldürülən 6 yaşlı qızın anası da həbs edildi

Bakı. Trend:

Xırdalan şəhərində döyülərək öldürülən 6 yaşlı qızın anası da saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 30-da 6 yaşlı Ramilə Abdulxalıqovanın döyülərək öldürülməsində təqsirli bilinən anası, Ağsu rayon sakini Samirə Yarıyeva da tutulub.

Xatırladaq ki, iyulun 30-da Xırdalan şəhərindəki evlərdən birində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva DİN-in “102 Zəng Mərkəzi”nə zəng edərək şəhər ərazisində qızı, 6 yaşlı Ramilənin müəyyən edilməmiş avtomobillə vurulması və onun ölməsi barədə məlumat verib.

Meyitin müayinəsi zamanı uşağın avtomobillə vurulması deyil, onun zorakılıq əlamətləri nəticəsində öldürülməsi müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Abşeron Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində uşağı döyərək öldürməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Elnar Hacıyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti