...

Rio-2016: Toğrul Əsgərov gümüşə razı oldu (YENİLƏNİB-3)

Hadisə Materials 21 Avqust 2016 21:32 (UTC +04:00)
Azərbaycanın sərbəst güləşçisi Toğrul Əsgərov finalda rusiyalı Soslan Ramonova məğlub olaraq Olimpiya Oyunlarında gümüş medal qazandı.
Rio-2016: Toğrul Əsgərov gümüşə razı oldu (YENİLƏNİB-3)

(Təfərrüatlar əlavə olunub. İlk xəbər avqustun 21-i saat 16:14-də yayılıb)

Bakı. Trend:

Azərbaycanın sərbəst güləşçisi Toğrul Əsgərov finalda rusiyalı Soslan Ramonova məğlub olaraq Olimpiya Oyunlarında gümüş medal qazanıb.

Qeyd edək ki, bu medal Toğrul Əsgərovun ikinci Olimpiya medalıdır. 2012-ci ildə Londonda güləşçimiz qızıla layiq görülüb.  

Azərbaycan yığmasının hesabında on səkkiz medal var: 1 qızıl, 7 gümüş, 10 bürünc.

X X X

17:54

Toğrul Əsgərov yarımfinal mərhələsində İtaliya idmançısı Frank Markez Çamizo üzərində qələbə qazanaraq yarışın final mərhələsinə yüksəlib.

X X X

17:01

Toğrul Əsgərov 1/4 final mərhələsində ABŞ idmançısı Frank Molinaro üzərində qələbə qazanaraq yarışın yarımfinal mərhələsinə yüksəlib.

X X X

16:14

Trend-in məlumatına görə, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarının sonuncu günündə Azərbaycan sərbəst güləşçisi Toğrul Əskərov 65 kq çəki dərəcəsində mübarizəyə qoşulub.

Toğrul Əsgərov 1/8 final mərhələsində ukraynalı idmançı Andrey Kvyatkovski üzərində qələbə qazanaraq yarışın 1/4 final mərhələsinə yüksəlib.

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti