...

Rusiyalı turist helikopterlə xilas edildi - Xınalıqda

Hadisə Materials 3 Sentyabr 2016 11:45 (UTC +04:00)
Quba rayonunun Xınalıq kəndinə gələn turist dağlıq ərazidə qalıb.
Rusiyalı turist helikopterlə xilas edildi - Xınalıqda

Bakı. Trend:

Quba rayonunun Xınalıq kəndinə gələn turist dağlıq ərazidə qalıb.

Trend RTV-yə (Region TV) istinadən xəbər verir ki, şimal regionuna yağan güclü yağış nəticəsində kəndə gələn yolu sel apardığından Rusiya vətəndaşı 38 yaşlı Kliçko Svetlana Yevgenievnanın qayıtması mümkünsüz olub. Onun ərazidən götürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin helikopteri cəlb olunub.

Hazırda xilasetmə əməliyyatı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti