...

Müəllimlər Günü 57 yaşlı müəlliməni maşın vurub (VİDEO/FOTO)

Hadisə Materials 5 Oktyabr 2016 12:06 (UTC +04:00)
Müəllimlər Günü 57 yaşlı müəlliməni maşın vurub (VİDEO/FOTO)

Bakı. Trend:

Xaçmazda 57 yaşlı müəlliməni maşın vurub.

Trend ARB Şimal-a istinadən xəbər verir ki, 27-BM-991 dövlət nömrə nişanlı “Opel Astra” markalı avtomobil yolu keçmək istəyən rayon sakini 57 yaşlı Zenfira Sultanovanı vurub. O, dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Xəsarət alan şəxsə sol yuxarı ətrafın qapalı sınığı, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.

Xəsarət alan şəxs Xaçmaz şəhəri Çingiz Abdullayev adına 2 saylı orta məktəbin Azərbaycan dili müəllimidir. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti