...

Dələduzluqda təqsirləndirilən şəxslər azadlığa buraxılıb

Hadisə Materials 12 Oktyabr 2016 11:44 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1985-ci il təvəllüdlü Vasif Çərkəzov və 1987-ci il təvəllüdlü Vüqar Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Dələduzluqda təqsirləndirilən şəxslər azadlığa buraxılıb

Bakı. Samir Əli - Trend

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1985-ci il təvəllüdlü Vasif Çərkəzov və 1987-ci il təvəllüdlü Vüqar Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və hər iki təqsirləndirilən şəxs şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər vətəndaşın pulunu alaraq dələduzluq ediblər. Onlar Binəqədi Rayon Polis Idarəsinin əməkdaşları tərəfindən tutulub.

Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham ediıiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti