...

Siyəzəndə yanğın baş verib

Hadisə Materials 13 Dekabr 2016 02:17 (UTC +04:00)
Siyəzəndə yanğın qeydə alınıb
Siyəzəndə yanğın baş verib

Bakı. Trend:

Siyəzəndə yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Siyəzən rayonu, Eynibulaq kəndində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 50 m2 olan talvarın yanar konstruksiyaları 34 m2 sahədə və talvarın altına yığılmış 4,2 ton ot bağlamasının 3,2 tonu yanıb.

Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 23:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti