Bakı. Trend:
Tovuzda xadimə 7-ci mərtəbədən yıxılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 14-də Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində yerləşən 11 mərtəbəli binada xadimə işləyən Tovuz rayon sakini Zəminə Ələkbərova iş görərkən 7-ci mərtəbədən yıxılaraq ölüb.
Araşdırma aparılır.