...

Biləsuvarda 2 ev yanıb

Hadisə Materials 18 İyul 2017 02:26 (UTC +04:00)
Biləsuvarda yanğın qeydə alınıb
Biləsuvarda 2 ev yanıb

Bakı. Trend:

Biləsuvarda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Biləsuvar rayonu, Bəydilli kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli 4 otaqlı evin lambirdən ibarət dam örtüyü 15 m2 sahədə, ümumi sahəsi 600 m2 olan tövlənin çardağının yanar konstruksiyaları 450 m2 sahədə, çardağına yığılmış 30 ton ot bağlamasının 20 tonu və yaxınlıqdakı digər vətəndaşa məxsus ümumi sahəsi 96 m2 olan birmərtəbəli 3 otaqlı evin lambirdən ibarət tavanı 5 m2 sahədə yanıb.

Hər iki evin, tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti