...

FHN Sumqayıtda kanalizasiya quyusunda boğulma ilə bağlı məlumat yaydı

Hadisə Materials 18 İyul 2017 17:42 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Sumqayıtda kanalizasiya quyusunda iki nəfərin ölməsi barədə məlumat yayıb.
FHN Sumqayıtda kanalizasiya quyusunda boğulma ilə bağlı məlumat yaydı

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda kanalizasiya quyusunda iki nəfərin ölməsi barədə məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 18 iyulda saat 14:16-da FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərindəki 76-cı məhəllədə kanalizasiya quyusuna bir nəfərin düşməsi haqqında məlumat daxil olub. FHN Sumqayıt Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Quyuya düşmüş vətəndaşın meyiti xilasedicilər tərəfindən çıxarılıb, lakin baş vermiş bədbəxt hadisə nəticəsində əməkdaşlardan bir nəfəri həlak olub, üç nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti