Bakı. Trend:
Avqustun 6-da Kürdə batmış şəxsin cəsədi bu gün səhər saatlarında tapılıb. Belə ki, Trend-ə FHN-dən verilən məlumata görə, Kür çayının Ağstafa rayonu, Qıraq Kəsəmən qəsəbəsindən keçən hissəsində batmış, 1996-cı il təvəllüdlü Babayev Fayaz Haqverdi oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.
Əməliyyat saat 08:00-da başa çatıb.