...

Türkiyədə 5 hərbçi xəsarət alıb - Qatar qəzasında

Hadisə Materials 9 Avqust 2017 14:18 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Bitlis vilayətində hərbçiləri aparan qatarın vaqonlarının birində qapının qopması nəticəsində 5 hərbçi xəsarət alıb.

Trend-in məlumatına görə, hərbçilərdən birinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Qeyd olunur ki, qatarda hərbi hissələrin biri üçün hərbi yük daşınırmış.

Xəsarət alan hərbçilər xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti