Bakı. Trend:
Masallı rayonunun Xanalıyan kəndində dağlıq ərazidə baş verən yanğın söndürülüb.
Trend-ə FHN-dən verilən məlumata görə, yanğın Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində saat 16:11-də söndürülüb.
Qeyd edək ki, ötən gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Masallı rayonunun Xanalıyan kəndində dağlıq ərazidə yanğın müşahidə olunurdu. Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində bu gün saat 10:50-də yanğın məhdudlaşdırılıb.