...

Bakıda evi qarət etmək istəyən şəxs tutulub

Hadisə Materials 15 Avqust 2017 12:51 (UTC +04:00)
Bakıda evi qarət etmək istəyən şəxs tutulub.
Bakıda evi qarət etmək istəyən şəxs tutulub

Bakı. Trend:

Bakıda evi qarət etmək istəyən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 14-də Səbail rayonu ərazisində yaşayan Gülşən Zeynalovanın evinə eyvanın pəncərəsindən girmiş naməlum şəxs ev sahibəsinə bıçaqla xəsarət yetirib və səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.

G.Zeynalovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Səbail rayon Polis İdarəsi 9-cu Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Teymur Hüseynov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti