Bakı. Trend:
Sumqayıt şəhəri Sülh küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 9-da saat 2 radələrində Sumqayıt şəhəri Sülh küçəsində şəhər sakini Orxan Məmmədov idarə etdiyi “Volkwagen” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub.
Qəzanın baş verməsi nəticəsində sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan İ.Babayev orada ölüb.
Sumqayıt ŞPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.