Bakı. Trend:
Ağsu və Saatlıda ev yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağsu şəhərində sahəsi 170 kv.m olan birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları 24 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Saatlı rayonunun Mircəlal kəndində də sahəsi 117 kv.2 olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 36 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğın söndürülüb.