...

Araq Filadelfiyanı "iflic etdi"

Hadisə Materials 8 Dekabr 2017 13:02 (UTC +04:00)
ABŞ-ın Filadelfiya şəhərində araq daşıyan yük maşını aşıb.
Araq Filadelfiyanı "iflic etdi"

Bakı. Trend:

ABŞ-ın Filadelfiya şəhərində araq daşıyan yük maşını aşıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində sürücü yüngül xəsarətlər alıb.

Qəza yolun hərəkətli hissəsində baş verdiyi üçün hərəkət uzun müddət dayanıb. Maşında olan araq yola dağılıb.

Qeyd olunur ki, qəzanın fəsadlarını aradan qaldırmaq üçün 10 saatdan çox vaxt tələb olunur. Sınmamış araq şüşələri digər maşına yüklənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti