...

25 yaşlı oğlan zorladığı qadının qohumları tərəfindən döyülüb

Hadisə Materials 20 Dekabr 2017 12:38 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda qadına qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən şəxs döyülüb.

Trend-in məlumatına görə, hadisə rayonun Dönük Qırıqlı kəndində baş verib.

Kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədov Eldəniz Şəmil oğlu həmkəndlisi olan qadını zorlamağa cəhd edib. Qadının yaxınları hadisədən xəbər tutub və E.Məmmədovu yaxalayıb. E.Məmmədov bir-neçə nəfər tərəfindən döyülüb. O, Tovuz rayon Polis Şöbəsinə təhvil verilib.

E.Məmmədov polis nəzarəti altında tibbi müayinə olunub. Məlum olub ki, E.Məmmədovun burnu sındırılıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi başlanılıb və E.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti