...

Goranboydakı qətllə bağlı DİN məlumat yayıb - 2 nəfər həbs olunub

Hadisə Materials 6 Yanvar 2018 12:49 (UTC +04:00)
Goranboy rayonu ərazisində bir nəfəri qətlə yetirməkdə, dörd nəfərə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən iki nəfər saxlanılaraq istintaqa təhvil veriliblər.
Goranboydakı qətllə bağlı DİN məlumat yayıb - 2 nəfər həbs olunub

Bakı. Trend:

Yanvarın 4-də Goranboy rayonu ərazisində bir nəfəri qətlə yetirməkdə, dörd nəfərə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən iki nəfər saxlanılaraq istintaqa təhvil veriliblər.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də Goranboy rayonunun Dəliməmmədli şəhərində rayon sakinləri Zülfi Cəbrayılovu qətlə yetirməkdə, Zeynalabdin Həsənov, Fəxrəddin Məmmədov, Anar Hətami və Nicat Əliyevə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Saləddin Quliyev və qrupun digər üzvü - Daşkəsən rayon sakini Rəvan İsmayılov saxlanılaraq istintaqa təhvil veriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti