Bakı. Trend:
Bakıda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 130 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 60 m2 sahədə və çardağı 50 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.