...

Xaçmazda avtomobil piyadanı vurub öldürdü

Hadisə Materials 5 Mart 2018 13:42 (UTC +04:00)
Xaçmazda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Xaçmazda avtomobil piyadanı vurub öldürdü

Bakı. Trend:

Xaçmazda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Trend-in DİN-in saytına istinadən məlumatına görə, rayonun Xudat şəhərində Qusarçay kənd sakini Şakir Orucov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən şəhər sakini Bəhruz Qafarovu vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti