...

Aeroportda 5 milyon dollar oğurlandı

Hadisə Materials 6 Mart 2018 02:13 (UTC +04:00)
Braziliyanın San-Paulu ştatının Kampinas şəhərinin beynəlxalq hava limanında naməlum şəxslər baqaj bölməsindən 5 milyon dollar oğurlayıb
Aeroportda 5 milyon dollar oğurlandı

Bakı. Trend:

Braziliyanın San-Paulu ştatının Kampinas şəhərinin beynəlxalq hava limanında naməlum şəxslər baqaj bölməsindən 5 milyon dollar oğurlayıb.

Trend-in məlumatına görə, oğurlanmış pullar “Lufthansa” aviaşirkətinin təyyarəsi ilə İsveçrənin Tsürix şəhərinə göndərilməli idi.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Hələlik qarətçilərdən heç biri saxlanılmayıb.

Yerli KİV-lərin məlumatına əsasən, onlar aeroport binasında cəmi bir neçə dəqiqə ərzində olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti