...

Qaxda ağır yol qəzası: ölən və yaralananlar var

Hadisə Materials 6 Mart 2018 13:49 (UTC +04:00)
5 nəfər xəstəxanaya yerləşdirilib.
Qaxda ağır yol qəzası: ölən və yaralananlar var

Bakı. Trend:

Martın 5-də saat 20 radələrində Qax rayonunun Böyük Alatəmir kəndində rayon sakinləri Akaki Emraşvilinin idarə etdiyi “VAZ-21011” və Caba Andriaşvilinin idarə etdiyi “Volkswagen” markalı avtomobillər toqquşub.

DİN-dən Trend-ə verilən məlumata görə, nəticədə A.Emraşvili hadisə yerində ölüb, 2 sərnişini, habelə C.Andriaşvili və 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Qax RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti