Bakı. Trend:
Qaxda yanğın qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Qum kəndində ümumi sahəsi 288 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində otağın tavanı 10 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.