...

İsmayıllıda yeniyetmə itkin düşüb

Hadisə Materials 28 Mart 2018 12:10 (UTC +04:00)
İsmayıllıda 18 yaşlı yeniyetmə itkin düşüb.
İsmayıllıda yeniyetmə itkin düşüb

Bakı. Trend:

İsmayıllıda 18 yaşlı yeniyetmə itkin düşüb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, 2000-ci il təvəllüdlü Bilal Nağıyev martın 27-i səhər saatlarında rayonun İsmayıllı kəndində yaşadıqları evdən məktəbə getmək adı ilə çıxıb və geri qayıtmayıb.

Bilal Nağıyevin əlamətləri belədir - boyu 180 sm, arıq bədən quruluşlu , xüsusi əlamət kimi sifətinin sağ tərəfində çapıq var. O, evdən çıxarkən əynində qırmızı rəngli jaket, göy rəngli qolsuz gödəkçə, qara rəngdə cins şalvar olub.

Həmin şəxsi görənlərdən İsmayıllı Rayon Polis Şöbəsinə, eləcə də 020-28-5-11-89, 055 268 07 67 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti