...

"Zimnyaya vişnya" ticarət mərkəzinin rəhbəri həbs edildi

Hadisə Materials 28 Mart 2018 15:54 (UTC +04:00)

Bakı. Trend:

Kemerovo vilayət məhkəməsi "Zimnyaya vişnya" ticarət mərkəzindəki yanğınla bağlı mərkəzin rəhbəri Nadejda Suddenokun həbs edilməsi barədə qərar çıxarıb.

Trend-in məlumatına görə, o, məhkəmə zalından həbs olunub.

Məlumata görə, qərarla N.Suddenok 1 ay 29 gün müddətinə, yəni mayın 25-ə qədər həbsdə olacaq.

Xatırladaq ki, martın 25-də Kemerovoda "Zimnyaya vişnya" ticarət mərkəzində baş verən yanğın nəticəsində 64 nəfər həlak olub. Onlardan 41 nəfəri uşaq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti