...

Ceyranbatanda su kanalını çirkləndirən şəxslər cərimələndi

Hadisə Materials 7 İyun 2018 14:47 (UTC +04:00)
Abşeron rayonu, Ceyranbatan qəsəbəsində tullantı sularının kanala axıdılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinın əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ceyranbatanda su kanalını çirkləndirən şəxslər cərimələndi

Bakı. Trend:

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində tullantı sularının kanala axıdılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinın əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı Ceyranbatan Su Anbarını qidalandırmayan kanalın sanitar-mühafizə zonasında yerləşən heyvandarlıq təsərrüfatlarında və “Ceyranbatan Dəmir-Beton” ASC-də formalaşan tullantı sularının birbaşa kanala axıdıldığı aşkar olunub.

Faktlarla bağlı heyvandarlıq təsərrüfatlarının sahibləri Yaşar Səfərov, Dilqəm Vəliyev, Famil Rüstəmov, Mahir Səfərov, Etibar Səmədov, Firdovsi Səfərov və ASC-nin cavabdeh şəxsi Atəş Əmiraslanov barəsində protokol tərtib olunub və qanun pozucuları ümumilikdə 6950 manat məbləğində cərimə edilib.

Ərazidə yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə, Sumqayıt bələdiyyəsinə və aidiyyəti orqanlara məktublar göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti