...

Bakıda yanğın - xəsarət alanlar var

Hadisə Materials 22 İyun 2018 08:50 (UTC +04:00)
Xəzər rayonunda ev yanıb
Bakıda yanğın - xəsarət alanlar var

Bakı. Trend:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 81 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 kv.m sahədə yanıb.

FHN-dən Trend-ə verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən boğulmuş halda, digəri isə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi və bitişik qonşu evlər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti