...

Goranboyda bir ailə qəzaya uğradı, həyat yoldaşı öldü

Hadisə Materials 6 İyul 2018 12:22 (UTC +04:00)
Goranboy rayonunun Nizamikənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Goranboyda bir ailə qəzaya uğradı, həyat yoldaşı öldü

Bakı. Trend:

İyulun 5-də saat 15 radələrində Goranboy rayonunun Nizamikənd kəndi ərazisində Şadılı kənd sakini Vüsal Bayramov idarə etdiyi “VAZ-21011” markalı avtomobili qarşıda gedən Cəmil Talıbovun idarə etdiyi “Suzuki” markalı avtomobilə vurub.

DİN-dən Trend-ə verilən məlumata görə, nəticədə C.Talıbovun sərnişinlərindən - arvadı Aidə Abdullayeva hadisə yerində ölüb, digər sərnişini oğlu Rauf, habelə V.Bayramov və sərnişini həmkəndlisi Əlikram Sadıqov xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti