...

Neftçalada kanalda batan şəxsin meyiti tapıldı (YENİLƏNİB)

Hadisə Materials 19 İyul 2018 17:42 (UTC +04:00)

İlk xəbər saat 15:38-də yayımlanıb

Bakı. Trend:

Neftçala rayonunun Aşağı Surra kəndində kanalda batmış 1995-ci il təvəllüdlü Dadaşov Cavanşir Cümşüd oğlunun axtarışları başa çatıb.

FHN-dən Trend-ə verilən məlumata görə, C.Dadaşovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

XXX

15:38

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonunun Aşağı Surra kəndində kanalda 1 nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.​​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti