...

Cəlilabadda su anbarında batan şəxsin meyiti tapılıb

Hadisə Materials 20 İyul 2018 20:07 (UTC +04:00)
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonu, Privolnoye kəndində, Göytəpə su anbarında bir nəfərin batması barədə məlumat daxil olub.
Cəlilabadda su anbarında batan şəxsin meyiti tapılıb

Bakı. Trend:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonu, Privolnoye kəndində, Göytəpə su anbarında bir nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.

1986-cı il təvəllüdlü Əzizov Asif Əvəz oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib, əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti