...

Kaliforniyada atışma - 10 nəfər yaralı

Hadisə Materials 3 Sentyabr 2018 13:57 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatının San-Bernando şəhərində atışma baş verib.
Kaliforniyada atışma - 10 nəfər yaralı

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatının San-Bernando şəhərində atışma baş verib.

Trend-in məlumatına görə, səhər saatlarında baş verən atışmada azı 10 nəfər xəsarət alıb, onlardan üçünün vəziyyəti isə kritikdir.

Hadisəni törədən şəxsin kimliyi məlum deyil. Atışma yerində tüfəng və tapancalar aşkarlanıb.

Şahidlərin sözlərinə görə, onlar 20-yə yaxın atəş səsi eşidiblər.

Hadisədən 5 dəqiqə sonra isə oraya polis helikopteri cəlb olunub. Yerli polisin yaydığı məlumatda qeyd olunur ki, yaralanan şəxslər hadisə olan yerdə zəratma oyunu oynayırmış.

Hazırda atışma olan yerdə hüquq-mühafizə orqanları araşdırma aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti