...

Abşeronda 5 otaqlı ev yanıb

Hadisə Materials 10 Sentyabr 2018 07:11 (UTC +04:00)
Abşeron rayonunda yanğın qeydə alınıb
Abşeronda 5 otaqlı ev yanıb

Bakı. Trend:

Abşeron rayonunda yanğın qeydə alınıb.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Xırdalan şəhərində ümumi sahəsi 180 m² olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın tavanı, dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və 1 ədəd divan yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti