Bakı. Samir Əli - Trend:
Tovuzda azyaşlı ağacdan yıxılıb.
Trend-in məlumatına görə, hadisə rayonun Çeşməli kəndində baş verib.
Kənd sakini, 2012-ci il təvəllüdlü Məmmədli Kənan Vüqar oğlu həyətlərində meyvə ağacından yıxılıb.
Azyaşlı ağır kəllə-beyin zədəsi ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.