...

Bakıda “Mercedes” hasara çırpıldı, sürücü öldü

Hadisə Materials 17 Oktyabr 2018 09:07 (UTC +04:00)
Bakı şəhərinin Sabunçu rayonunda “Mercedes” markalı minik avtomobilinin hasara çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
Bakıda “Mercedes” hasara çırpıldı, sürücü öldü

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda “Mercedes” markalı minik avtomobilinin hasara çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1986-cı il təvəllüdlü Məmmədov Tehran Akif oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti