...

Dələduzluqda təqsirləndirilən saxta "MTN əməkdaşı"na hökm oxundu

Hadisə Materials 19 Oktyabr 2018 12:42 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və narkotik vasitə saxlamaqda ittiham edilən Yusif Bayramovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Dələduzluqda təqsirləndirilən saxta "MTN əməkdaşı"na hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və narkotik vasitə saxlamaqda ittiham edilən Yusif Bayramovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Y.Bayramov 7 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, Y.Bayramov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 234-cü (narkotik vasitə əldə etmə) maddələri ilə təqsirləndirilib. O, Sevdimalı Novruzovu aldadaraq onun oğlunu işə düzəldəcəyi adı ilə pul alıb. Lakin Y.Bayramov vədinə əməl etməyib. Zərərçəkmiş S.Novruzov ifadəsində deyib ki, Y.Bayramov özünü ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı kimi təqdim edib. Bundan başqa, Y.Bayramov Şəki rayonuna gedərkən onu yol polisi saxlayıb. Maşının üzərində həbs olduğu üçün polis əməkdaşı avtomobilin cərimə meydançasına aparılmasını tələb edib. Tərəflər arasındakı danışıqdan sonra maşın cərimə meydançasına aparılmayıb. Y.Bayramov və polis əməkdaşı Şəkidə otellərdən birinin həyətində görüşməyi planlaşdırıblar. Y.Bayramov bildirib ki, polis əməkdaşına 30 manat rüşvət verərkən telefon vasitəsi ilə çəkib. Y.Bayramov həmin görüntülərlə polisi şantaj edərək, bu dəfə özü ondan pul tələb edib. Növbəti görüşdə Y.Bayramov polisdən pul alarkən özü həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti