...

Digahda “Kamaz” hasara çırpılıb

Hadisə Materials 28 Oktyabr 2018 00:33 (UTC +04:00)
Abşeron rayonunun Digah qəsəbəsində “Kamaz” hasara çırpılıb
Digahda “Kamaz” hasara çırpılıb

Bakı. Tural Turan - Trend:

Abşeron rayonunun Digah qəsəbəsində “Kamaz” hasara çırpılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, “Kamaz” markalı yük avtomobilinin hasara çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti