...

Şəmkirdə yolu keçən piyadanı avtomobil vurub öldürdü

Hadisə Materials 29 Oktyabr 2018 15:40 (UTC +04:00)
Şəmkir rayonunun Şiştəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Şəmkirdə yolu keçən piyadanı avtomobil vurub öldürdü

Bakı. Trend:

Şəmkir rayonunun Şiştəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 28-də saat 22 radələrində Şəmkir rayonunun Şiştəpə kəndi ərazisində şəhər sakini Cəmil İbadullayev idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən kənd sakini Natiq Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti