...

"Sədərək" Ticarət Mərkəzində yanğın söndürülüb (YENİLƏNİB)

Hadisə Materials 16 Noyabr 2018 12:51 (UTC +04:00)
Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verib.
"Sədərək" Ticarət Mərkəzində yanğın söndürülüb (YENİLƏNİB)

İlk xəbər saat 12:28-də yayılıb

Bakı. Trend:

“Sədərək” ticarət mərkəzinin ərazisində baş vermiş yanğın saat 12:28-də Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.

***

12:28

Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti