...

Qusarda mənzil oğrusu saxlanılıb

Hadisə Materials 29 Noyabr 2018 15:20 (UTC +04:00)
Qusarda mənzil oğrusu saxlanılıb
Qusarda mənzil oğrusu saxlanılıb

Bakı. Trend:

Qusarda mənzil oğrusu saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Qusar rayonu Köhnəxudat kənd sakini Orxan Gülməmmədov noyabrın 27-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən 350 manat pulunun oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar Qusar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Xürel kənd sakini İsmayıl Mədətov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək, evə qanunsuz daxil olaraq oradan 350 manat pul oğurladığını, əldə etdiyi pulları isə rayon ərazisində xərclədiyini bildirib.

Faktla bağlı Qusar RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti