...

Sabunçuda ev yanıb

Hadisə Materials 30 Dekabr 2018 11:33 (UTC +04:00)
Sabunçu rayonunda ev yanıb
Sabunçuda ev yanıb

Bakı. Tural Turan - Trend:

Sabunçu rayonunda ev yanıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 45 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti