...

75 yaşlı şəxs göldə batıb

Hadisə Materials 25 Yanvar 2019 17:27 (UTC +04:00)
75 yaşlı şəxs göldə batıb.
75 yaşlı şəxs göldə batıb

Bakı. Trend:

75 yaşlı İsmayıllı sakini göldə batıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə İsmayıllının Aşıqbayramlı kəndi ərazisində yerləşən göldə batdığı ehtimal olunan 1944-cü il təvəllüdlü Axundov Hacalı Qasım oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu H.Axundovun axtarışlarına cəlb olunub.

Vətəndaşın meyiti axtarış işləri nəticəsində aşkarlanaraq sudan çıxarıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti