...

Ötən ay Azərbaycanda 10 ədəd piyada əleyhinə mina aşkar edilib (FOTO)

Hadisə Materials 2 Mart 2019 02:31 (UTC +04:00)
Bu ilin fevral ayı ərzində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən Abşeron, Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Gədəbəy, Göygöl, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 246,127 m² (24.61 ha) ərazi yoxlanılıb
Ötən ay Azərbaycanda 10 ədəd piyada əleyhinə mina aşkar edilib (FOTO)

Bakı. Trend:

Bu ilin fevral ayı ərzində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən Abşeron, Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Gədəbəy, Göygöl, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 246,127 m² (24.61 ha) ərazi yoxlanılıb, 1,088 ədəd partlamamış hərbi sursat (PHS) və 10 ədəd piyada əleyhinə mina (cəmi 1,098 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, əməliyyatlarda 476 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 532,902,209 m² (53,290.22 ha) ərazi təmizlənin, 802,415 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Fevral ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 3 (üç), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 17 (on yeddi) müraciət daxil olmuşdur (cəmi 20 çağırış). Müraciətlər əsasında 17 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Füzuli, Gədəbəy, Göygöl, Tərtər, Tovuz rayonları, Bakı və Sumqayıt şəhərləri ərazisində 21,827 kv.m ərazi yoxlanılıb, 815 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

2019-cu ilin fevral ayı ərzində mina/PHS hadisəsi qeydə alınmamışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti