...

Sumqayıtda yaşayış binasında yanğın qeydə alınıb

Hadisə Materials 3 Mart 2019 17:52 (UTC +04:00)
Sumqayıtda yaşayış binasında yanğın qeydə alınıb
Sumqayıtda yaşayış binasında yanğın qeydə alınıb

Bakı. Trend:

Sumqayıtda yaşayış binasında yanğın qeydə alınıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının zirzəmisində 20 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 5 nəfər (o cümlədən 2 nəfər azyaşlı) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti