...

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs tutulub

Hadisə Materials 30 May 2019 13:32 (UTC +04:00)
Təbriz küçəsində naməlum şəxs zor tətbiq edərək E.Qurbanovanın qızıl boyunbağısını alıb
Bakıda qadına qarşı soyğunçuluq edən şəxs tutulub

Bakı. Trend:

Bakıda qadına qarşı soyğunçuluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbut xidmətindən Trend-ə verilən məlumata görə, “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini E.Qurbanova mayın 28-də Təbriz küçəsində naməlum şəxsin ona zor tətbiq edib qızıl boyunbağısını aldığını bildirib.

Müraciətlə əlaqədar dərhal Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şabran rayon sakini Y.Mürsəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti