...

FHN Yasamalda baş verən qəza ilə bağlı məlumat yayıb

Hadisə Materials 4 İyun 2019 05:14 (UTC +04:00)

Bakı. Trend:

Bakıda ağır yol qəzası baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, Yasamal rayonunda "Ravon" markalı minik avtomobili dərəyə aşıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1988-ci il təvəllüdlü Abbasov Vasif Əliyəddin oğlunun və sərnişin, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızının meyitini çətin keçilən mürəkkəb relyefli ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti