...

Toyda kütləvi zəhərlənmə - 40 nəfər xəstəxanaya düşdü

Hadisə Materials 11 İyun 2019 19:04 (UTC +04:00)

Bakı. Trend:

Lvovda toy mərasimində kütləvi zəhərlənmə baş verib.

Trend-in məlumatına görə, bağırsaq infeksiyası diaqnozu ilə tibb müəssisəsinə 45 nəfər müraciət edib. Bunlardan 5 nəfərin azyaşlı olduğu deyilir.

40 nəfər xəstəxanaya yerləşdirilib, 5 nəfər isə ambulator müalicəyə buraxılıb.

Həkimə müraciət edənlər ürəkbulanma, başağrılarından şikayət ediblər.

Toy mərasiminin keçirildiyi "Çervona Ruta" restoranında ərzaq və hazır yeməklərdən nümunələr götürülüb. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti