Bakı. Ceyhun Ələkbərov - Trend:
Ötən həftə Nəsimi rayonu, "Təzə bazar"ın yaxınlığında bıçaqlanan şəxsin vəziyyəti orta ağırdır.
Trend-in məlumatına görə, 1981-ci il təvəllüdlü Yaradanquliyev Ayxan Mahmud oğlu iyun ayının 11-də 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstə elə həmin gün dərhal əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, Y.Yaradanquliyevin vəziyyəti hazırda orta ağırdır və o reanimasiya şöbəsindən palataya köçürülüb.
Qeyd edək ki, mediada iyun ayının 11-dəki bıçaqlanmanın videogörüntüləri də yayımlanıb.