...

Bakıda ər arvadını ölümcül bıçaqladı

Hadisə Materials 21 İyun 2019 10:05 (UTC +04:00)
Bakıda kişi həyat yoldaşını bıçaqlayıb.
Bakıda ər arvadını ölümcül bıçaqladı

Bakı. Samir Əli - Trend:

Bakıda kişi həyat yoldaşını bıçaqlayıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Paytaxtın Nəsimi rayonu, Novruzov qardaşları küçəsi ev 141-də yaşayan 1984-cü il təvəllüdlü Əliyev Ağalar Əliyar oğlu yaşadığı evdə qısqanclıq zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Əliyeva Günel Mahir qızını boyun və bel nayihəsindən bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən A.Əliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti