...

Gəncədə yaşayış binası yanıb, 7 nəfər təxliyə edilib

Hadisə Materials 21 İyun 2019 16:21 (UTC +04:00)
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gəncədə yaşayış binası yanıb, 7 nəfər təxliyə edilib

Bakı. Trend:

Gəncədə yaşayış binası yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, şəhərin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının ümumi sahəsi 1500 kv.m olan dam örtüyünün yanar konstruksiyaları 250 kv.m sahədə yanıb.

Yanğın zamanı 7 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti